Bakının bu rayonunun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunda 5-ci Mikrorayonun, 3005-ci məhəllənin və 20 Yanvar küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.













