Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

 17:10 13.11.2026     51

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

ADY-dən Redator.az-a bildirilib ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18 faiz artım), rayonlararası marşrutlarla 468 min (11 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 mindən çox sərnişin səfər edib.

Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən