Yol qəzasında yaralanan deputat Qarabağ qazisidir - DOSYE

 14:01 14.11.2026     43

Ötən gecə  Naxçıvan-Ordubad magistral yolunda baş verən qəza 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnib.
"Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib. 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu xəsarət alıblar.

Qeyd edək ki, xəsarət alanlardan biri - Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.


Redaktor.az saytı onun dosyesini təqdim edir:

Zeynalov Təbriz Eyvaz oğlu 1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, xəstəliyi ilə əlaqədar ordu sıralarından mayor rütbəsi ilə ehtiyata buraxılıb.

T.Zeynalov 2022-ci ildən dövlət qulluğu sahəsində çalışıb. Xidməti dövründə Silahlı Qüvvələrin yaranmasının “95 illik” və “100 illik” medalları, “Qüsursuz xidmətlərə görə III dərəcəli” medal, “Vətən müharibəsi iştirakçısı” medalı, “İgidliyinə görə” medalı, “Xocavəndin azad olunmasına” və “Şuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib.

O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 14 saylı Qarabağlar seçki dairəsindən deputat seçilib.

Bitərəf olan Telman Zeynalov Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.

Vumart və Güvən reklamı Vumart Güvən