Salyan sakini Rusiyada qəzada öldü - FOTO
Rusiyada Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnin ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, qəza Kalmıkiya Respublikasının paytaxtı Elista şəhəri yaxınlığında qeydə alınıb.
Salyan rayon sakini, 50 yaşlı Vüqar İsmayılovun idarə etdiyi "DAF" markalı yük avtomobili digər maşınla toqquşub.
Qəza nəticəsində V.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.














