Zaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTO

 14:45 15.11.2026     31

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra inzibati binalara baxış keçirib.

Redaktor.az xəbər verir ki, səfər zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin, eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin inzibati binalarına baxış keçirilib.

Təmir işlərindən sonra ilk dəfə həmin binaları ziyarət edən Zaur Mikayılov yaradılmış iş şəraiti və mövcud infrastrukturla tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti nəzərdən keçirib.

Əməkdaşlarla görüş zamanı Agentliyin sədri su təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinin, iş prosesinin səmərəli təşkilinin, vətəndaş məmnunluğunun təmin edilməsinin və göstərilən xidmətlərin operativliyinin artırılmasının vacibliyini vurğulayıb.

Zaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLARZaur Mikayılov Naxçıvanda inzibati binalara baxış keçirdi - FOTOLAR

Vumart və Güvən reklamı Vumart Güvən