Azərbaycanda Əməkdar jurnalist vəfat ETDİ

 10:06 16.11.2026     51

Naxçıvanda Əməkdar jurnalist Muxtar Məmmədov vəfat edib.

Redaktor.az xəbər verir ki, hemorragik insult keçirən jurnalist Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Muxtar Məmmədov uzun illər “Şərq qapısı” qəzetində məsul katib vəzifəsində çalışıb. O, son illərdə təqaüddə idi.

Allah rəhmət eləsin! (Teleqraf)

Vumart və Güvən reklamı Vumart Güvən