Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm OXUNDU

 14:23 16.11.2026     38

Qazaxın Aşağı Salahlı kəndində Tamerlan Sad​ıqovun qətlində ittiham olunan Xaliq Məmmədrzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xaliq Məmmədrzayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2025-ci il avqust ayında Baş Prokurorluq tərəfindən həyata keçirilən kompleks tədbirlərlə Tamerlan Sadıqovun qətlə yetirilməsi müəyyən edilib.

Bundan əvvəl Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun həmin ilin martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 5 ay sonra aparılan istintaq hərəkətləri ilə T.Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılması üzə çıxıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

T.Sadıqovun meyiti basdırıldığı yerdən çıxarılıb. Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İstintaq sənədlərinə əsasən, hadisə qısqanclıq zəminində baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən