Gürcüstanda azərbaycanlını cərəyan vurub ÖLDÜRDÜ

 09:23 18.11.2026     20

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib.

Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və hadisə yerində həyatını itirib.

Mərhumun 3 azyaşlı övladı qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən