Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
Xətai rayonu, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun tikinti, bərpa və yenidənqurma işləri təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq İri Şəhərlərin Su Təchizatı tərəfindən intensiv şəkildə davam etdirilir. Plan üzrə görülən işlər artıq yekunlaşmaq üzrədir.
Redaktor.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilir ki, məqsəd mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması, ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.



















