“Rəqəmsal Media Ayı” çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirildi - FOTO

 13:21 18.11.2026     63

Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən “Rəqəmsal Media Ayı” çərçivəsində bloger və sosial təşəbbüslər üzrə fəal Aysel Ağayeva ilə şəbəkələşmə görüşü təşkil olunub.

Redaktor.az xəbər verir ki, görüşdə Aysel Ağayeva sosial media fəaliyyətinin strateji planlaşdırılması, hədəf auditoriyanın genişləndirilməsi və istifadəçi maraqlarına uyğun məzmunun hazırlanması istiqamətində təcrübəsini bölüşüb.

O, həmçinin influenser marketinqinin müasir rəqəmsal kommunikasiyada rolu, brendlərlə əməkdaşlıq prinsipləri və sosial şəbəkələrdə auditoriya etimadının qazanılması barədə danışıb.

Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, sosial media sahəsində peşəkar inkişaf imkanları, marketinq fəaliyyətində praktiki yanaşmalar və mövcud tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən