Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO

 09:26 19.11.2026     89

Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Opel” markalı avtomobillə toqquşan “Tofaş”da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı və 2018-ci il təvəllüdlü bacısı oğlu da ölüb.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub. Daha bir nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Vumart və Güvən reklamı Vumart Güvən