Alim Qasımovun ifası dünyaca məşhur “GTA 6” oyununda

 10:01 19.11.2026     73

Alim Qasımovun muğam çalarlı ifası “Grand Theft Auto VI”da səslənib.

Redaktor.az xəbər verir ki, oyunçuların sosial şəbəkələrdə paylaşdığı görüntülərdə “GTA VI”nın “Kaleidoscope FM” radiostansiyasında Alim Qasımov və Fərqanə Qasımovanın məşhur “Say It Right” mahnısına muğam sintezində səsləndirdikləri versiya eşidilir.

Qeyd edək ki, dünya şöhrətli “Say It Right” hitinin Alim Qasımov və Fərqanə Qasımovanın muğam ifası ilə birləşdirilmiş bu versiyası illər əvvəl “Bizimkilər” layihəsi çərçivəsində ictimaiyyətə təqdim olunub.

Oyundakı “Kaleidoscope FM” "GTA VI" radiostansiyasıdır. Bu radiostansiya isə müxtəlif ölkələrdən olan musiqiçilərin məşhur hitlərə fərqli üslublarda və janrlarda hazırladığı versiyaları dinləyicilərə təqdim edir.

Vumart və Güvən reklamı Vumart Güvən