Bakıda dönər almaq üçün yolu keçən gənci avtomobil vurub ÖLDÜRDÜ

 23:55 22.11.2026     30

Bakıda 27 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, Zabrat qəsəbəsində, 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayev yolu qarşıya keçmək istəyən zaman avtomobil onu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum öz avtomobilini yolun kənarında saxlayıb dönər almaq üçün yolu qarşı tərəfə keçmək istəyib.

Faktla bağlı araşdırma aparılır (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən