“Meqa Sığorta” ASC “Dirçəliş Kuboku”xeyriyyə futbol turnirinin növbəti mövsümündə iştirak edəcək

 17:40 23.11.2026     40

“Meqa Sığorta” ASC Qarabağın dirçəlişinə və bərpasına dəstək məqsədilə təşkil olunan “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin növbəti mövsümündə iştirak edəcək.

Şirkətimizin bu təşəbbüsdə iştirakı, ilk növbədə, Qarabağın bərpasına töhfə vermək, sosial əhəmiyyət daşıyan layihələrə dəstək göstərmək və ictimai həmrəyliyin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, idman yarışında iştirak əməkdaşlarımız arasında komanda ruhunun, qarşılıqlı dəstəyin və korporativ birliyin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Dirçəliş Kuboku” yalnız idman yarışı deyil, həm də insanları vahid məqsəd ətrafında birləşdirən, həmrəylik, birlik və sosial məsuliyyət dəyərlərini təşviq edən mühüm xeyriyyə təşəbbüsüdür.

“Meqa Sığorta” ASC olaraq, bundan sonra da korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, sağlam həyat tərzinin təşviqinə, idmanın inkişafına və ölkəmiz üçün strateji və ictimai əhəmiyyət daşıyan layihələrə dəstəyimizi davam etdirəcəyik.

Komandamıza uğurlar arzulayır, bu xeyirxah təşəbbüsün Qarabağın dirçəlişinə verdiyi töhfələrin davamlı olmasını diləyirik!

Vumart və Güvən reklamı Vumart Güvən