Aparıcı Ada ilə birlikdə qəzada ölən kişinin AİLƏ FOTOSU

 14:34 24.11.2026     110

Bakıda tanınmış aparıcı Ada Süleymanla birlikdə avtomobil qəzasında həyatını itirən Anar Kərimovun kimliyi ilə bağlı yeni məlumatlar yayılıb.

Redaktor.az  xəbər verir ki, ilkin olaraq Anar Kərimovun tanınmış şirkətlərdən birinin rəhbərinin oğlu olduğu iddia edilsə də, sonradan onun jurnalist Toğrul İsmayılın bacısı Pərvanə İsmayılovanın həyat yoldaşı olduğu bildirilib.

Qeyd edək ki, Toğrul İsmayıl “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlunun bacısı Nüşabə xanımın oğludur.

Xatırladaq ki, aparıcı Ada Süleyman noyabrın 22-də Bakının Səbail rayonunda yerləşən “Narşərab” restoranında 31 yaşını qeyd edib. Saat 19:00-da başlayan məclis gecə saat 01:00 radələrinədək davam edib.

Ad günü mərasimindən sonra qonaqlarını yola salan aparıcı restoranın hesabını ödəyərək tanışı Anar Kərimovla birlikdə avtomobillə evə yollanıb. Lakin yola çıxdıqdan təxminən 10-15 dəqiqə sonra onların olduğu avtomobil yüksək sürətlə hərəkət edərək qarşıda gedən DAF markalı yük maşınına çırpılıb.

Güclü toqquşma nəticəsində avtomobili idarə edən Anar Kərimov və sərnişin Ada Süleyman hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimallara əsasən, qəzanın sürücünün sükan arxasında yuxulaması və avtomobilə nəzarəti itirməsi səbəbindən baş vermiş ola biləcəyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə araşdırma nəticəsində müəyyənləşdiriləcək.

Hazırda hüquq-mühafizə orqanları qəzanın başvermə şəraitini və bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir (bestmedia.az).

Vumart və Güvən reklamı Vumart Güvən