Bakının mərkəzindəki bu tibb ocağı 3 ildir bağlıdır - Qapısına kilid vurulub, darvazası bağlanıb
2023-cü ildə qapısına kilid vuruldu, darvazası bağlandı.
Redaktor.az Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər Nərimanov Tibb Mərkəzinin əsas binasındandır. Fətəli Xan Xoyski küçəsindəki bu tibb ocağı artıq 3 ildir təmirə bağlanıb.
Təmir işləri ilə əlaqədar 2023-cü ilin sentyabr ayından etibarən əsas binada və Yanıq Mərkəzinin korpuslarında tibbi fəaliyyət dayandırılıb.













