Ermənistanda saxlanılan hərbçimizdən XƏBƏR VAR
Ermənistanın Sünik vilayətinin məhkəməsi Azərbaycan ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Xatırladaq ki, oktyabrın 1-i saat 14:15-də Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə Şəki (Zəngəzur) kəndi istiqamətində sərhədi keçən hərbi qulluqçu 2 ay müddətinə həbs edilmişdi.













