Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən ÇIXARILDI
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr dəyişikliyi olub.
Redaktor.az “Unikal”a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib.
O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyin edilmişdi.
Qeyd edək ki, Ceyhun Rzayev bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə məhkəmə mübahisəsi ilə bağlı da gündəmə gəlib. Belə ki, Natiq Əliyevin qızı Türkər Əliyevanın iştirakı ilə ona qarşı xeyli maddi ziyan iddiası üzrə istintaq aparılır.
ANAMA-nın saytında rəhbərlik bölməsində C.Rzayevin adı və barəsindəki məlumatlar qalmaqdadır.













