Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir - VİDEO+FOTO
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi çərçivəsində tunel, qalereya və digər mühəndis qurğularının inşası işləri davam etdirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, Zəngəzur dəhlizinə birləşəcək strateji əhəmiyyətli dəmir yolu xəttində tikinti işləri sürətlə irəliləyir.
Layihə çərçivəsində görülən işlərin gedişi ilə xəbərə əlavə edilmiş videoda tanış olmaq mümkündür.
















