Veteranlar Təşkilatı Əbiş Zamanovun vəfatı ilə bağlı başsağlığı VERDİ
İkinci Dünya müharibəsi veteranı 103 yaşlı Əbiş Zamanov vəfat edib.
Redaktor.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov rəhbərli etdiyi qurumun Rəyasət Heyəti adından Əbiş Zamanovun vəfatı ilə əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Əbiş Zamanov İkinci Dünya müharibəsinin Cəlilabaddan olan sonuncu iştirakçısı idi.













