Afət Həsənova seçiciləri ilə görüşdü - FOTO
32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputat Afət Həsənova seçiciləri ilə növbəti görüşünü keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.
O bildirib ki, noyabrın 28-də deputat ofisində seçiciləri ilə növbəti görüş-qəbulunu keçirdi:
"Görüşdə onları narahat edən problemləri dinləyib müvafiq hüquqi izahlar verdim. Eyni zamanda müəyyən məsələlərin operativ həlli məqsədi ilə aidiyyəti üzrə müraciətlər edərək icrasını nəzarətə götürdüm", - deyə deputat qeyd edib.














