Əli Məsimli onlayn vətəndaş qəbulu keçirdi - FOTO

 18:20 28.11.2026     111

113 saylı Qax – Şəki seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli növbəti vətəndaş qəbulu keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O bildirib ki, 2026-cı ilin noyabr ayının 27-də onlayn formatda vətəndaş qəbulu keçirib.

Qəbul zamanı Milli Məclisin deputatı Əli Məsimli vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində köməkçiyə müvafiq göstəriş və tapşırıqlar verilib.

Edilən müraciətlər sırasında Qax rayonunda fəaliyyət göstərən fermer və ev təsərrüfatlarının fəaliyyəti zamanı qarşıya çıxan problemlər, bitkiçilik və heyvandarlığın inkişafında mövcud çətinliklər, eləcə də Vergi Məcəlləsində gözlənilən dəyişikliklərlə bağlı fermerlərin narahatlıqları dilə gətirilmişdir. Qəbul zamanı aparılan fikir mübadiləsi zamanı fermerlərin və ev təsərrüfatlarının istehsal etdikləri əmtəələrin dövlət tərəfindən alınması və ya müvafiq təhvil və tədarük məntəqələrinin yaradılması məqsədəuyğun hesab edilmişdir ki, bu da fermerlərə istehsal edilən məhsulu bazarın tələbinə uyğun münasib qiymətə satmağa imkan verərdi.

Əli Məsimli vətəndaşlar tərəfindən qəbul zamanı qaldırılmış problemlərin hər biri ilə əlaqədar olaraq müvafiq icra strukturlarına rəsmi müraciət ediləcəyini bildirib.

2
Vumart və Güvən reklamı Vumart Güvən