Sabah yağış və qar YAĞACAQ

 12:26 29.11.2026     98

Noyabrın 30-da gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. 

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Noyabrın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən