Bu rayonda qaz kəsildi - SƏBƏB
Qəbələ rayonunun iki küçəsində qaz kəsilib.
Redaktor.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən bildirilib.
Qeyd olunur ki, müvafiq dövlət qurumu tərəfindən aparılan qazıntı işləri zamanı qaz xəttinin zədələnməsi ilə əlaqədar saat 17:30-dan etibarən işlər başa çatanadək Nəsimi və Z. Əliyeva küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.













