Ərəbmehdibəy qrupu və erməni hiyləgərliyi

 09:56 24.04.2021     1879

Arxivdə işlədiyim zaman əlimə bir cinayət işi keçdi. Digər ma­te­rial­larda olduğu kimi, bu işdə də insan taleyi qaniçən cəlladların sa­yə­sində qısa za­manda həllini ta­pıb. İşdə iki məqam xüsusi olaraq diqqətimi cəlb etdi. Bu barədə bir az sonra.

Cinayət işinin birinci səhifəsində  Azərbaycan SSR NKVD (Xalq Daxili İşlər Ko­mis­sarlığı) Dövlət Siyasi İdarəsinin (DSİ) 3-cü şö­bəsinin Məmmədov soy­adlı əməliyyat mü­vək­kilinin köməkçisi tərəfindən Kür­də­mir rayonu üzrə həbs olu­­nacaq sakinlərin siyahısından çıxarış ve­rilmişdir:  Mirismayıl Mir­meh­di oğlu Həsənov, 35 yaşın­da, seyid, əkinçi, Azər­bay­can vətəndaşı, bitərəf, Kür­­­­­dəmir rayonunun Də­dəli kən­din­dəki kolxozun üzvü, məh­kumluğu yox­dur, Ərəbmehdibəy (indi Ağsu rayon ərazisinə daxildir) kənd qolçomaq (kulak)  qru­pu­nun üzvü, antisovet təb­li­ğa­tı ilə məş­ğul­dur. Hazırda qarşıdan gə­­lən yerli so­vet­lərin seçkisinə ciddi hazırlıq iş­ləri görür, sakinlər arasında tə­­sir­edici nü­fu­zu vardır”.

Hər şey bundan sonra başlayır. 1937-ci ilin avqust ayının 8-də Mir­ismayıl Mirmehdi oğlu həbs olunur. Daha bir çıxarışa əsasən, “antisovet təb­li­ğa­tı ilə məşğul olan, Ərəb­meh­dibəy kənd sakini, qolçomaq qrupunun üzvü, rayon su tə­sər­rü­fatın­da gözətçi işləyən, 46 yaşlı keçmiş bəy” Xasay bəy Həsən bəy oğlu da həbs olu­­nur. Həbs za­manı ondan 2 ədəd xəncər götürülür.

DSİ əməkdaşları tərəfindən tərtib olunmuş sənədə görə, Mirismayıl Mir­mehdi oğlu və Xasay bəy Həsən bəy oğlu qarşıdan gələn yerli sovetlərin seçkisinə öz namizədlərini verməyə cəhd göstərirlər.

İş bununla bitmir. Həbslər davam edir. Ərəbmehdibəy kənd sakinləri  Süleyman Kərim oğlu Bəhramov, Kərim Cəfər oğlu Bağırov, Qəmbər Əyyub oğlu Məmişov, Salman Batay Hüseyn oğlu Əhmədov, Qasım Osman oğlu Rəhimov və Hacıbala Hüseyn oğlu Fərzəliyev qolçomaq qrupunun üzvü kimi həbs edilir. Onlardan xəncər və berdanka tüfəng, xeyli sayda pat­ronlar gö­türülməsi barədə protokol tərtib olunmuşdur. Qrup üzvlərinin Ərəb­­mehdibəy kənd sakinləri arasında antisovet təbliğat aparmaları, kolxozda ziyankarlıqla məşğul olmaları və guya sovet hakimiyyəti əleyhinə üs­yan olacağı təqdirdə silah-sursat paylayacaqları da sənəddə əksini tap­mışdır.

Çıxarışda Süleyman Kərim oğlu Bəhramov, Səlim bəyin cangüdəni olmuş Qasım Osman oğlu Rəhimov və Hacıbala Hüseyn oğlu Fərzəliyevin keç­mişdə Qaraqoyunlu üsyanının iştirakçısı ol­duq­ları da göstərilmişdir.

13 və 19 avqust 1937-ci il tarixlərində  Mir­ismayıl Mirmehdi oğlu Hə­sənov NK­VD-i əməkdaşları tərəfindən dindirilmişdir. Özü haqqında mə­lu­mat ver­dik­dən son­ra müstəntiqin “Siz Xasay bəy Həsən bəy oğlu Hü­sey­novu ta­nı­yır­­sı­nız­­­mı?” sualına belə cavab verir: “Tanıyıram, mənim ya­xın dos­­tum­dur”. Di­gərlərini tanımadığını, heç bir par­ti­ya­nın üz­vü ol­ma­dı­ğını, sovet ha­ki­miy­yə­ti, kolxoz quruluşu əleyhinə heç bir iş apar­ma­dı­ğını bil­di­rir.

İstintaq materiallarından müəyyən olur ki, Ərəbmehdibəy sakinləri ba­rədə cinayət işi şişirdilmişdir. Ona görə də əlavə olaraq işçi qru­pu yaradılır. Hətta qrupa kursantlar da daxil edilir. Onlardan biri də kur­sant Markarovdur (bəzi sənədlərdə Markaryan).

Xasay bəy dindirmədə özü haqqında məlumatda atası Həsən bəy Hüseyn bəy oğlu Cahangirbəyov barədə danışır və onun ölü­mündən sonra heç bir mal-mülk sahibi olmadığını, bir müddət çobanlıq etdiyini, fəhlə iş­lə­di­yi­ni bildirir. Sovetlər dönəmində isə torpaq sahəsi alaraq özünə ev tik­dirdiyini söyləyir. Sovet ha­kimiyyəti və kolxoz quruluşu əleyhinə təbliğat apar­­­ması, keç­miş qolçomaqlarla birgə hər hansı tədbirdə iştirak etməsi haq­qın­da sualın ca­vabında isə be­lə bir qrupun olmadığını, son olaraq belə suallara cavab ver­mək istə­mə­diyini bil­dirir.

Digər həbs olunanlar da sovet ha­ki­miy­yə­ti, kol­xoz quruluşu əleyhinə heç bir iş aparmadıqları, ümumiyyətlə belə bir an­ti­so­vet qrupun olmadığı barədə işçi qrupunun üzv­lə­rinə qə­tiy­yətlə cavab ver­mişlər.

Təbii ki, NKVD əməkdaşlarının tərtib etdiyi belə dindirmə pro­to­ko­luna inanmaq sadəlövlük olar. Qaranlıq zirzəmilərdə günahsız insanların ba­şına gətirilən oyunlardan xəbərdarıq. Bu səbəbdən istintaqın belə get­mə­si­nə inan­­maq olmur. Bundan əlavə, savadsız, rus dilində bir kəlmə bilməyən məh­­kumlara tərcüməçi ayrılırdı. Onların nəyi və necə tərcümə etdikləri barədə isə məhkumların yoxlamaq imkanları yox idi. Üstəlik ustinovlar, mar­kar­yanlar kəndin fəallarını şahid kimi istintaqa cəlb etmiş, on­lar­dan is­tə­dik­ləri ifadələri “almışlar”. Ərəbmehdibəy antisovet qrupu fəaliyyət gös­tərir, tez-tez bir yerə yığışır, əhali arasında sovet ha­ki­miy­yə­ti, kolxoz qu­ruluşu əley­hi­nə təbliğat aparılır, əmək intizamını pozmağa, ayrı-ayrı kolxozçulara təz­yiq etməklə öz tərəflərinə çəkməyə cəhdlər edilir, silahlı üsyan yolu ilə so­vet qu­­ruluşunun devriləcəyi bildirirlər. Verdikləri ifadələri yoxlaya bil­mə­yən sa­vad­sız  kənd fəalları istintaq sənədlərini necə gəldi imzalamışlar. Markaryan bir azda “irəli” gedərək yeni erməni soyqırımı olacağı və Xa­say bəy Həsən bəy oğlu Hüseynovun əhaliyə silah paylayacağı barədə “mə­lumat” əldə edir. Sevgili oxuculardan bu məqama diqqət verməyi xahiş edi­rəm. İşçi qrupunun üzvü olan Markaryan hələ kursant ikən be­lə mə­lu­mat­ları istintaqa sırıya bi­lir, əməkdaş olanda nələr görə biləcəyi isə ay­dındır. 1920-1950-ci repressiya illərində keçmiş SSRİ-nin və milli respublikaların təhlükəsizlik orqanlarına soxulmuş ermənilər fürsət düşən kimi Azərbaycan ziyalılarını ləkələyir, saxta ittihamlar düzəldir, günahsız həbs­­xanalara salırdılar. Təsadüfi deyil ki, yüzlərlə milli ziyalılarımız, hərbi­çi­ləri­miz, elm və incəsənət xadimlərimiz erməni xislətinin qurbanı ol­muşdur. Türkə, müsəlmana nif­rət edən, əlinə fürsət düşən kimi qanını iç­mə­yə hazır olan xəstə millətin nü­mayəndələrinə heç vaxt inanmaq olmaz. Daim diqqətli ol­ma­­lı, eh­ti­ya­tı əldən verməməliyik.

Nəhayət, 16 günlük “araşdırmadan” sonra, avqust ayının 24-də yekun it­ti­ham­naməsi hazırlanmışdır. 35 yaşlı Mirismayıl Mirmehdi oğlu Həsənovun rəh­bərliyi ilə Ərəbmehdibəy qolçomaq qrupunun üzvlərinin cinayət işi baxıl­maq üçün Azərbaycan SSR Fövqəladə Komissiyasının Üçlüyünə (Troyka) gön­də­rilir. Üçlüyün qərarı ilə Süleyman Kərim oğlu Bəhramov və Hacıbala Hü­­seyn oğlu Fərzəliyev haqqında güllələnmə hökmü çıxarılır və 15 sent­yabr 1937-ci ildə gecə saat 03.10-da hər ikisi güllələnir.

Mirismayıl Mirmehdi oğlu Həsənov, Xasay bəy Həsən bəy oğlu Hü­sey­nov və Kərim Cəfər oğlu Bağırova 10 il cəza kəsilir və 5 il müddətinə səs­vermə hüququndan məhrum olunurlar. Salman Batay Hüseyn oğlu Əh­mə­dov, Qasım Osman oğlu Rəhimov və Qəmbər Əyyub oğlu Məmişova isə 8 il cəza kəsilir və hər üçü 3 il müd­də­ti­nə səsvermə hüququndan məh­rum edi­lirlər. Hökmdən sonra həmin 6 nəfər Rusiyanın ən ağır həbs düşər­gə­lərindən olan Belamor Baltik həbs düşərgəsinə sürgünə gön­də­ril­miş­dir. Ağır sürgün həyatı yaşayan Kərim Cəfər oğlu Bağırov 20 iyun 1938-ci ildə, Qa­sım Osman oğlu Rəhimov 15 avqust 1938-ci ildə, Sal­man Batay Hüseyn oğ­lu Əhmədov 23 iyun 1940-cı ildə, Mir­is­mayıl Mir­meh­di oğlu Həsənov 13 iyun 1942-ci ildə, Qəmbər Əyyub oğlu Mə­mişov 25 aprel 1942-ci ildə həbsxanada vəfat etmişlər.

Ən maraqlısı isə Xasay bəy Həsən bəy oğlu Hüseynovla bağlıdır. Bu da ikinci məqam. İl­lərdir dövlət və təhlükəsizlik orqanlarının arxivlərində iş­ləmək imkanım olub. Birinci dəfə NKVD-nin belə səhlənkar işinə rast gə­li­rəm. Ümumiyyətlə, 1920-1950-ci illərdə NKVD nə qədər saxta, qa­nun­suz, zəif işlər görsə də, görülən işlərin sənədləşdirilməsi yüksək səviy­yə­də hə­ya­ta keçirilmişdir. Hətta ən xırda, prinsipial əhəmiyyət kəsb etməyən sənədlər belə işlərə əlavə edilirdi. Ona görə də bu gün tədqiqatçılar arxivlərdə rahat iş­lə­yə bi­lir­lər. Ancaq Ərəbmehdibəy qrupunun işində maraq kəsb edən bir mə­qam üzə çıxdı. Belə ki, sənədlərdən aydın olur ki, qrupun 2 üzvü Bakıda ikən (Süleyman Kərim oğlu Bəhramov və Hacıbala Hüseyn oğlu Fərzəliyev) gül­lə­lənmişdir. Digər 5 nəfər (Qasım Osman oğlu Rəhimov, Salman Batay Hü­seyn oğlu Əhmədov, Mirismayıl Mirmehdi oğlu Həsənov, Kərim Cəfər oğ­lu Bağırov sürgündə ikən həbsxanada müxtəlif vaxtlarda və­fat et­miş­lər. Yalnız bir nəfər Xasay bəy Həsən bəy oğlu Hüseynovun taleyi barədə mə­lumat yoxdur. Sənədlərdən məlum olur ki, o, digər həmyerliləri kimi Ba­kıdan Belamor Baltik həbs düşərgəsinə sürgünə göndərilmişdir. Sənədlər də bunu sübut edir. Ancaq onun həbsxana həyatı ba­rə­də məlumat yoxdur. Ya­xın qohumlarının müraciətindən sonra ölkənin təh­lükəsizlik orqanları onun ax­tarışını təşkil etmişlər. Həbsxanalararası yazışmaların da əhəmiy­yəti ol­mur. Və ən dəhşətlisi budur ki, hətta Bakıdan Mosk­­vaya Xasay bəyin həbs­­dən nə vaxt azad olunması ilə bağlı SSRİ DİN-in həbcxanalar baş ida­rəsinin rəisinə məktub gön­də­rilmişdir. Moskvada və hət­ta onun həbs hə­yatı ya­şa­dı­ğı düşərgədə belə onun taleyi barədə mə­lu­mat yoxdur. Dəh­şət­li bir durum. Bir kəl­mə, məlumat yoxdur, vəssalam. İna­nın belə ya­zış­malar, ci­nayət işinin ma­­­te­ri­al­la­rının toplanmış sənəd­lə­rin­dən az deyil. Kür­də­mirə, Ağ­­suya sor­ğular göndərilib, bəlkə qayıdıb? Kənd­də yaşayır? Xeyr. Daxili İşlər Na­zir­liyi, Döv­lət Təhlükəsizliyi Komitəsi, yerli qu­rumlar arasında  ya­zış­maların sayı-hesabı yoxdur. Ancaq Xasay bəyin ta­le­yi­nə ay­dın­lıq gə­ti­ril­mə­miş­dir. Xa­say bəyin oğ­lu­nun da müxtəlif instansiyalara yazdığı mək­tub­ları da ca­vab­sız qal­mış­dır. Xasay bəyin nəvəsi Tahir müəllimin xatırlayır ki, ata­­sı­nın de­di­yinə görə, sürgündən qayıdan bir nəfər Ağsu rayon sakini Xasay bəylə bir yer­də ol­duğunu və bazar günü onlara gələrək olub keçənləri da­nı­şa­ca­ğını söy­lə­mişdir. Lakin həmin şəxs rəhmətə getdiyindən bu görüş baş tut­ma­mış, Xa­say bəyin taleyi bir sirr olaraq qalmışdır.

Qrupun digər üzvlərinin qohumları da Moskvaya, Bakıya və digər aidiy­yəti qurumlara müraciət etmişlər. Kürdəmir rayon prokurorluğunun əmək­­daşları Mirismayıl Mirmehdi oğlu Həsənov və onun “qrupu” ilə əla­qədar Ərəb­mehdibəy kənd sakinləri ilə görüşmüş, belə bir qrupun ol­ma­dığı və yazı­­lanların saxta, qurama olması haqqında rəy hazırlayaraq res­publika pro­­ku­rorluğuna ünvanlanmışdır. Prokurorluğun Azərbaycan SSR Ali Məh­­kə­mə­sinin ci­nayət işləri üzrə məhkəmə kollegiyasına göndərdiyi protestdə ma­raqlı bir məqam diqqəti cəlb edir. Sənədlərdən məlum olur ki, Ərəb­­meh­di­bəy qru­pu­nun işinin rus dilinə tərcüməsi Markaryana aiddir, bəzi işləri o, özü aparmış, bəzi işlərdə isə şahid ifadələrini rus dilinə tərcümə etmişdir. Bu şərəfsiz şahid ifadələrinə “ikinci erməni soyqırımı olacağı təqdirdə qru­pun üzv­lə­rinə silah paylanacağı”, yaxud “türk nümunəli tüfəng saxlanıldığı”  və s. kimi əla­vələr etmişdir. Şahidlər savadsız olduqları və rus dilini bil­mə­dikləri üçün verdikləri ifadələri yoxlaya bilmədiklərini söyləmişlər. 

Beləliklə, 1957-ci ilin noyabr ayında günahsız Ərəbmehdibəy kənd sa­kin­lərinə ölümlərindən sonra bə­raət verilmişdir.

Elşad Qoca

Vumart və Güvən reklamı Vumart Güvən