Ellə gələn toy bayramdır...

 12:55 15.03.2023     788

Bir daha buraxılış imtahanı haqqında...

XI sinfin bivaxt imtahanları geridə qaldı. Qarşıda yenə bivaxt buraxılış imtahanları gəlir. Buraxılış imtahanlarından sonra geridə qalan isə böyük şagird kütləsinin narazılığı oldu.

Ümumiyyətlə, buraxılış imtahanlarından nəinki şagirdlər, eyni zamanda valideynlər və müəllimlər də narazı qaldı. Maraqlısı da odur ki, əksətiyyəti narazı salan Azərbaycan dili fənnindən təqdim olunan çətin  sual tipləri  oldu (uşaqların dediyinə görə), heç riyaziyyat fənnindəki səhv sualları o qədər şagirdləri narahat etmədi, hər halda görünən budur.
 
İmtahana düşən mətnlər isə başqa bir problemdir, doğrudur, mətnin təqdim olunmuş sullara aidiyyatı olmasa da, şagirdləri başa düşmək olar.  Məsələ bundan ibarətdir ki, verilən vaxtda  mətnin mövzusunu şagird dərk etməli, həm də orada işlədilən termin və çətin anlaşılan sözləri başa düşməlidir. Hələ imtahan həyəcanını da nəzərə alsaq, şagirdləri asanlıqla başa düşmək çətin deyil. 

Məni narahat edən digər məsələ isə, sanki  publisitik mətnlərin azılığıdır. Şagirdlərə öyrədirik ki, son  illərdə publisitik üslub digər üslubları üstələyib, yəni inkişaf edib, əgər üstələyibsə,niyə sual tərtib edən müəllim sosial şəbəkələrə üz tutaraq ,oradan bəhrələnib. Bizim son 30 illik tariximizdə o qədər hadisələr baş verib,qalaq-qalaq əsərlər,publisitik mətnlər yazılıb. Bir-ikisini misal deyim: mütəqilliyimiz, Nəneft kontraktları, I və II Qarabağ müharibəsi və.s. Başqa bir misal, bu il Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyidir. Heydər Əliyevlə bağlı xeyli əsərlər, publisitik məqalələr,elmi kitablar var, məncə, bu ,nəzərə alınmalı idi. Nəzərə alınmalı idi ki, bu il həm də Heydər Əliyev ilidir,bu həm də gənc nəslin təlim-tərbiyəsi üçün vacibdir.

Başqa bir məsələ isə tərtib olunan sulların çətinliyi olub. Bu, buraxılış mtahandan çox, şagirdlərə əzələ nümayişinə bənzəyir, olmaz,vallah,olmaz. Azərbaycan dili fənnin məqsədlərindən biri də dilimizi sevdirmək və onu təbliğ etdirməkdir axı. Mən demirəm çətin suallar olmasın və ya olmamalıdır. Olsun,tələblər çərçivəsində: asan,orta,çətin prinsipinə riayət edilməklə, sanki bu imtahanla dilimizi gözdən salmaq niyyəti varmış kimi davaranılıb.

Buraxılış imtahanlarından sonra məktəbdə Azərbaycan dili dərslərinə uşaqların biganəliyi daha çox hiss olunur,bir motivasiya düşkünlüyü yaranıb. "Müəllim, bu qədər mətnlər işlədim, 3 kitab aldırdınız, pdf-lər gözümü xarab etdi,nəticə də göz qabağındadır",- deyən şagirdlərə necə cavab  verəsən,bilmirsən. 
 Bəlkə də,Azərbaycamən dilindən bu cür imtahan sualları hazırlamaq olardı,  amma hazırkı vəziyyət buna imkan vermir. Bunun bir çox səbəbləri var. Məsələn ,mətnləri anlamaq üçün şagirdlər mütaliə etməli, bədii kitanlar çox  oxumalıdır. Amma uşaq 7-8-ci sinfə gələn kimi  "mən III qrupa getməyəcəm,ədəbiyyat nəyimə lazımdır?"- deyib, bu fənni yola verməyə başlayırlar. Nəticə isə belə olur və olacaq. IX sinfdə isə məktəb uşaq üçün ən maraqsız yerə çevrilir, bu sözləri ürək ağrısı ilə yazıram, çox təəssüf ki, belə olmamalıdır. Artıq IX sinfdən şagirdlər  öz "xoşbəxt"liyini məktəbdə yox, hazırlıq müəllimlərinin yanında axtarmağa başlayırlar. 

Nə etməli?  

Məncə, müəyyən siniflərrən sonra uşaqların təlim-tərbiyəsinə uyğun olaraq onlara  ballar verilməli, ali məktəb imtahanlarında həmin ballar şagidin topladığı balların üzərinə gəlməlidir. Beləliklə, həm şagirdin məktəbə bağlılığını yaratmaq,həm də məktəbin şagirdin həyatındakı rolunu bərpa etmiş olarıq.

Muradxan Hüseynov