Sonuncu nəhəng...

 17:37 09.01.2024     22565

“Mən qəti əminəm ki, gec-tez Rusiya dağılacaq. Çünki Rusiyada dövlətçilik sənəti çox zəifdir. Rusiya öz-özünü çökdürür. Sovet İttifaqı da rus dövləti idi. Özü özünü məhv etdi. Rusiya da indi Sovet İttifaqının tutduğu yolla gedir. Gec-tez o da dağılacaq. Bizim Qarabağı qaytarmağımız da tarixi, qlobal şəraitə bağlıdır. Digər tərəfdən, İran da erməniləri müdafiə edir. Vəziyyət çox mürəkkəbdir. Fikrimcə, İran da gec-tez dağılacaq. 35 milyonluq azərbaycanlıya davam gətirə bilməyəcək”.

Bu sözləri bu gün 94 yaşında vəfat edən, yalnız görkəmli və ya məşhur deyil, nəhəng yazıçı olan Çingiz Hüseynov 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsinə 10 gün qalmış bir müsahibəsində demişdi.

Böyük yazıçının Vətəndən kənarda yaşamasına və iki dildə yazmasına irad tutanlara, yaradıcılığına və şəxsiyyətinə daş atanlara gəldikdə isə, başqa bir müsahibəsində Çingiz Hüseynov deyirdi: “Qəribədir, mən hər gün Azərbaycandayam, Bakıdayam... Moskvada yaşayanda da elə bilirdim ki, hər günüm Bakıda keçir”.

Yazıçının “Kəhər atı nallamaq” adlı bir romanı var. Bir iş nallanmasa, yeriməz. Amma bir də var alnından “nallamaq”. Azərbaycanda belə nallanası məxluqlar o qədərdir ki?!.

Əlvida, Çingiz müəllim, rahat uyu nəhəng yazıçı!

Qəzənfər BAYRAMOV