Minimalizm haqqında - “Less is more-az çoxdur”

  10:05 15.05.2019         204

Minimalist yaşam haqqında sizinlə paylaşmaq istədiklərim var.

Daha öncəki yazımda bu mövzu barədə düşüncələrimi qələmə alacağımı demişdim. Minimalizm ötən əsrin 60-cı illərindən sonra həyatımıza daxil olan bir axındır. Bu fəlsəfə özündə yalnız ehtiyacımız olan əşyalara yönəlməyi, ehtiyacımız olmayanları isə həyatımızdan tamamən çıxarmağı ehtiva edir. Zamanında Platon minimalizmi açıqlaya biləcək bir cümlə söyləyib: “Vacib olan həyatda çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır”.

İstehlakçı marağı bütün hüceyrələrimizi zəbt etmişkən, minimalizmi həyat fəlsəfəmizin içinə qatmaq o qədər də asan deyil. Amma, bunu bacaranlar da var. Cobs, Zuckerberg kimi məhşurlar dövrümüzün minimalistləridir. “Apple”in qurucusu Stiv Cobsun evində Eynşteynin bir tablosu, bir stul, bir ayaqüstü lampa və bir yataq var. O, iş həyatında da minimalizm fəlsəfəsinə əsaslanır.

“Facebook”un yaradıcısı Mark Zuckerbergin geyim tərzi illərdir ki, müsbət-mənfi müzakirələrə səbəb olur. Yalnız t-short, şalvar və barmaqarası tərlik geyindiyinə görə onu qınayanlara Markın cavabı da maraqlı olmuşdu. O, geyinib-gecinməyə ayırdığı vaxta heyfsiləndiyini dilinə gətirmişdi.

Minimalistlər necə yaşayırlar?

1. Yeməklərinə diqqət edərlər. Az yeyərlər.

2. Marketdən deyil, bazardan alver edərlər.

3. Marka deyil, yaraşanı geyinərlər. Çox paltarları yoxdur. Qarderoblarında yalnız ehtiyacları olan paltarlardır.

4. Bir şəhərdə 10 evləri, 20 avtomobilləri yoxdur.

5. İstifadə etmədikləri sosial media hesabları açmazlar. Estetik əməliyyatlara, kosmetikaya pul xərcləməzlər, təbii gözəlliyə üstünlük verərlər.

İndi düşünün, bu 5 şərtlə yaşaya bilərsinizmi? Bunlardan hansısa birini həyata keçirmək üçün addım atarsınızmı?

Həyatınızdakı artıq şeylərdən qurtulmaq, zamanınızı dəyərli və anlamlı işlərə ayrımaq haqda düşünməniz yetərlidir; siz, ölümə üz tutan dünyamızın xilası naminə bir addım atmış olarsınız. Üstəlik, sizi özünə nümunə hesab edən uşaqlarınız da bu fəlsəfə ilə yaşamağı öyrənəcək.

Yəqin ki, bu yazını oxuyanlar arasında: “Pulum var, xərcləyirəm, sənə nə?!”-deyənlər də olacaq. Tanıdıqlarım arasında “10 maşınım var, 11-ci də olsun, 5 evim 6 olsun”- arzusuyla yaşayanlar da var. Amma, onu da bilirəm ki, həmin adamlar hər axşam sedativ dərmanlar qəbul edərək yatağa uzanır, niyə xoşbəxt olmadığı haqqında saatlarla düşünür. Həqiqət isə budur ki, “hər şeyə”, “çox şeyə” sahib olma arzusu insanları yavaş-yavaş öldürür.

Təbii, birdən-birə minimalist olmaq mümkün deyil. Zamanla bu fəlsəfəyə riayət etməyə çalışın, getdikcə özünüzü azad hiss etdiyinizin fərqinə varacaqsınız.

Unutmayın: “Less is more- Az çoxdur”!!!

...Və yenə MIŞ, MÜŞLƏR...

“Beren Saat həyat yoldaşı Kenan Doğuluya qəzəblənibmiş...”

Kenanla evli olan Beren illər öncə vəfat edən sevgilisinin şəkillərini və bədbəxtlik haqqında statuslar paylaşır. Aktrisanın bu hərəkəti mediada əməlli-başlı gündəm olmuş... Elə bil ölkədə ayrı dərd yoxmuş...

“İdlibdən yeni köç başlamış...”

Köçün istiqaməti, təbii ki, Türkiyədir. Nəzarətsiz köç özüylə bərabər bir çox problemlər də gətirir. Ən əsas da, köçkün qiyafəsinə girən terroristlər ölkəyə əlini-qolunu sallayaraq, heç bir maneəsiz daxil olur.