Medalın üçüncü üzü...

 17:31 02.11.2019     56976

Əslində, bunu bir neçə gün əvvəl yazmaq istəyirdim, hətta yazdım da. Amma bir dostumun medal xəbəri paylaşmaq fikrimə təsir elədi. Doğru anlaşılmamaq qorxusu...

İlqar Rasul demişkən, deməli, dostlar, I Pyotr hakimiyyətə gələndə, güclü bir donanmanın Rusiya üçün həyati əhəmiyyətini dərk elədi. Ölkəni İsveç də daxil olmaqla, bir neçə dövlətin donanması sağdan-soldan vururdu. Uzun danışmayacam, Pyotr hərəkətə keçdi, Hollandiyadan mütəxəssislər dəvət edildi, özü də bu işin hətta fəhləsi oldu. Nəhayət, gəmilər hazır oldu və günlərin bir günü məlum oldu ki, bu döyüş gəmilərinə yerləşdiriləcək topları hazırlamaq üçün metal çatışmazlığı problemi var. Böyük Pyotr (boyu 2 metrdən çox idi) çox düşünəndən sonra, çətin bir sualın bu cavabının üstündə oturdu - kilsə zənglərinin ağır tonnajlı zınqırovları əridiləcək.

O dörün reallıqlarına uyğun olaraq, kilsə ciddi şəkildə müqavimət göstərsə də, Pyotr böyük idi...

İndi, əziz dostlar, əziz həmkarlar, ərz edim ki, kiminsə təltif olunmasına paxıllıq edəcək qədər cılız, Pyotr qədər böyük olmadığımın fərqindəyəm(1.75 sm). Və sizin də bu reallığı qəbul etmənizi çox, həm də lap çox stəyirəm.

Dostlar, sizi belə təbrik edəcəm: Gün o gün olsun ki, ermənilərə atacağımız son QƏLƏBƏ top gülləsi sizin əridiləcək medallarınızın mərmisi olsun... Bax onda, böyük Pyotrun ruhu belə, bizə üstdən yox, altdan yuxarı baxacaq..!

Eldəniz Vəliyev