Günün qoroskopu: Sizə təzyiq göstərilməsinə imkan verməyin

 00:28 14.08.2020     1999

Redaktor.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gözləntilərinizin sayını və səviyyəsini bir qədər azaldın. Diqqətə layiq olan işə başlayaraq çalışın.

İnformasiyanın təhlili, təcrübənin artırılması, qısa səfərlər üçün əlverişli gündür. Cari məsələlərin həllinə yönəlmiş görüş keçirmək, sənəd və müqavilələrin hazırlanması ilə məşğul olmaq mümkündür.

Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin.

Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın.

Yaşam arealını qaydaya salın.

Buğa - cari situasiyada doğru istiqaməti müəyyənləşdirin. Perspektiv məsələləri seçin, fəaliyyətinizi müxtəlifləşdirin.

Hər şansdan yararlanın. Çətin məsələləri həll edin, çoxdan bəri narazılığınıza səbəb olan yarımçıq işi başa vurun.

İşdə kimə bel bağlaya biləcəyinizi müəyyənləşdirin.

Alış-veriş üçün əlverişli zamandır. Yaşam arealını yaxşılaşdırın.

Ailə müzakirəsi keçirərək yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Əkizlər - yorulubsunuzsa və yetərincə istirahət etmirsinizsə, maraqlandığınız, bəyəndiyiniz işlə məşğul olun.

Belədə işlərinizin effektivliyi arta bilər. Lakin yeni planları gerçəkləşdirmək istəyirsinizsə, tələbatla qarşılaşacağınızı bilin. Sizə yeni tapşırıq və sifarişlər vermək istəyənlər az deyil. Bəzən özünüzə və ətrafınızdakı insanlara "yox" deməyi bacarın.

İşlər, onsuz da, çoxdursa, əlavə sifarişlərlə işlərdən imtina edin.

Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin.

Cari hadisələrin leytmotivini bəlirləyin.

Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin.

Xərçəng - eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt "yeşik"ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq.

Usana bilərsiniz.

Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər.

Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq.

Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin.

Fikrinizi sonradan dəyişə bilərsiniz.

Şir - vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin.

Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz.

Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var.

Qız - təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər.

Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir.

Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər.

"Axın"la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun.

Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil.

Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin.

Tərəzi - mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin.

Günün ilk yarısında formalaşan planlar gözlənilən nəticəni verəcək.

Günün ikinci yarısında sərfəli maliyyə perspektivləri formalaşacaq. Fəqət, sizə həvalə etmək istədikləri işin həcmi artır.

Dərhal prioritetlərlə məqsədləri müəyyənləşdirin ki, sonradan naçar qalıb yarımçıq işləri tələsik başa vurmağa çalışmayasanız.

Ən sərfəli istiqaməti seçin və irəliləməyə başlayın.

Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olsanız, yaşanan hadisələrə qərarlarınız və hərəkətlərinizlə təsir edə bilərsiniz.

Əqrəb - enerjili, qətiyyətli, əzmli olsun. Niyyətlərlə maraqlar sizi fərqli istiqamətlərə apardığından fikirlərdə qarışıqlıq yarana bilər. Gərginlik artır, başladığınız işi normal şəkildə başa vura bilmirsiniz.

Eyni vaxtda bir neçə işə başlasanız, yaşamınızda çətinliklər yarana bilər.

Tələsməyin, kəmhövsələlik etməyin. Prioritetləri dəqiq müəyyənləşdirsəniz, daha çox iş görərək məqsədə daha tez çata bilərsiniz.

Boş söhbətlərə qatılmayın, yaxşı işləmək fikrində olmayan insanlara qatılmayın.

Mənasız hisslər, əsassız gözləntilərlə vidalaşın. Evdəki gərəksiz əşyalardan qurtulun.

Oxatan - tərəfdaşlıq münasibətlərində yeniliklərin təşəbbüskarı olun. Qarşı tərəfi də daha aktiv davranmağa vadar edin. Yeni layihələr olacaq, amma onlar müzakirə və imkanların nəzərdən keçirilməsi mərhələsindədir.

İnternetdə informasiya axtarışı, yazışma üçün yaxşı zamandır. Səyahət, ezamiyyət, səfər zərurəti yarana bilər.

Enerjiniz çoxdur, aktivsiniz.

Mümkün qədər çox iş görməyə çalışın.

Günün ikinci yarısında bir qədər istirahət edin.

Maliyyə vəsaitinizi normal gəlir vəd edən layihəyə və ya işə yatırın.

Uzun müddətdən bəri təhlil etdiyiniz planı reallaşdırmağa başlayın.

Oğlaq - günün ilk yarısı yetərincə effektiv deyil. Konkret nəticələr gözlədiyiniz layihə və ya işi planlaşdırmayın. Ünsiyyət və məlumatların alınmasında məhdudiyyətlərin sayını artırmayın.

Təmaslarla əlaqələr perspektivlidir. Fəqət, vaxtınızı mənasız diskussiyalara və boş söhbətlərə sərf etməyin.

Günün ikinci yarısında planlaşdırılmış ev işlərini görün, yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin.

Sevdiyiniz insan qətiyyətli və inadkarlı olarsa, həssas davranın, sərt olmayın.

Axşam saatlarında ailəvi istirahəti seçin.

Dolça - gərginlik azalır. Bir qədər "nəfəs almaq", əldə olunmuş mövqelərdə möhkəmlənmək, cari işləri tələsmədən görmək olar.

Qarşınızda duran məqsədləri dəyərləndirin, aldığınız təklifləri təhlil edin, planları yenidən nəzərdən keçirin. İlk növbədə, görüləcək işlərlə təxirə salına biləcək məsələləri seçin.

Şəxsi münasibətlərdə məqsədlərlə niyyət uyğun gələrsə, irəliləyiş olacaq.

Söhbətlər, müzakirələr və ünsiyyət faydalı ola bilər.

Spontan aktivlik müsbət sonuc verəcək.

Axşam saatları təmir və aktiv istirahət üçün əlverişlidir.

Balıqlar - mühüm qərarların qəbulunu şərtləndirməyən kiçik işlərə və qayğılara xüsusi diqqət yetirin.

Sizə təzyiq göstərilməsinə imkan verməyin. Başqasının əməllərinə görə məsuliyyət daşımayın, sənədləşdirmədə qaydaya riayət edin.


Müstəqil, təkbaşına işləmək daha yaxşıdır. Söhbətlər vaxtınızı alır. Tərəfdaşlar vədlərinizi xatırladacaqlar. Aldığınızla verdikləriniz arasındakı müvazinətin qorunmasına çalışın.

İşləri maddi maraqlarınızı nəzərə alaraq görün.

Axşam saatlarında şəxsi işlərinizə vaxt ayırın. Ailə üzvləri və yaxınlarınızla məsləhətləşmək üçün yaxşı zamandır.

Yeni birgə planlar yarana bilər.

Azərbaycanda daha bir QADAĞA LƏĞV EDİLDİ - RƏSMİ

 23:21 13.08.2020     3043

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhbusların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, islahatlar aparılır və geniş ictimai iştirakçılıq tətbiq olunur.

Qlobal COVID-19 infeksiyasına qarşı dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirərək, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunmasına ciddi nəzarətdə saxlanılmaqla, onların gündəlik termometriyası həyata keçirilir.

Ədliyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub. Virusun göstəricilləri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam  sağaldıqdan sonra karantindən çıxarılırlar.

Qeyd olunmalıdır ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir. 

Bu sahədə vəziyyət həmçinin, nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir və ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib.

Pandemiya ilə əlaqədar müvəqqəti dayandırılmış məhkumlara sovqat və banderolların ötürülməsi ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində bərpa olunub. Həmçinin respublikada infeksiyanın yayılmasının getdikcə azalması nəticəsində karantin qaydalarının növbəti dəfə yumşaldılması nəzərə alınaraq sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara qısa müddətli görüşlərin verilməsi qərara alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub. Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılmışdır. 

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib.

Eyni zamanda, məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayan cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda tətbiqi daha da intensivləşib, bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nazirliyin vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunduğu Komissiyası tərəfindən videokonfrans vasitəsilə virtual qaydada mütəmadi iclaslar keçirərək məhkumlarla söhbətlər aparılıb, şəxsi işləri öyrənilib və qanunvericiliyin tələblərinə cavab verən məhkumlar barədə materiallar məhkəmələrə təqdim olunub.

Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında Cinayət Prosessual Məcəlləsində edilmiş dəyişikiliklərlə artıq cinayət işlərində videokonfransın keçirilməsi bu humanist institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.

Belə ki, 15.07.2020-ci il tarixdən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Nazirlik tərəfindən dərhal zəruri tədbirlər görülərək cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

Artıq bu günədək məhkəmələr tərəfindən videokonfrans vasitəsilə 400-ə yaxın, o cümlədən nazirliyin Komissiyasının rəyləri nəzərə alınmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı göndərdiyi təqdimatlara, habelə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqinə dair işlərə baxılıb.

Bu humanist institutların davamlı tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib ki, onların da 80%-ə yaxını, yəni 1.333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir. Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Bununla yanaşı, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib , 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

COVID-19 qlobal pandemiyası şəraitində məhkum və həbs olunmuş şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı görülən tədbirlər onların ailələri və yaxınları tərəfindən minnətdarlıqla qarşılanır.

Ədliyyə Nazirliyi tərəfindən məhkumlarının hüquqlarının qorunması üzrə, o cümlədən indki pandemiya şəraitində tədbirlər davam etdirilir.

Azərbaycanlı kriminal avtoritet öldürüldü - SON DƏQİQƏ

 23:15 13.08.2020     3314

Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

Redaktor.az xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var. //Report.az

Bakıda polis karantini pozanları belə cərimələdi... - VİDEO

 22:52 13.08.2020     5545

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda, çimərliklərdə və əhalinin sıx olduğu yerlərdə gücləndirilmiş nəzarət-profilaktiki reydlər keçirlib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb:

Daha ətraflı videodan izləyin:

Mahir Xəttab / Redaktor.az