Günəşdə zəif maqnit təsiri başlayıb

 14:42 31.08.2020     3529

Günəşdə zəif maqnit həyəcanlaşması başlayıb. 

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovun Redaktor.az-a verdiyi xəbərə görə, G1 səviyyəli həyəcanlaşma Günəşin bilavasitə özündə baş verməyib. Bu, Günəşdə olan tac dəliklərindən çıxan plazmaların Yerin maqnit sahəsinə təsiri nəticəsində yaranan qısamüddətli prosesdir. 

Ümumiyyətlə isə, hazırda Günəş özünün passiv dövründədir.