Gələn il Günəş və Ay tutulması baş verəcək - AÇIQLAMA

 12:11 17.11.2020     1547

2021-ci ildə 2 Günəş və 2 Ay tutulması  baş verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

O qeyd edib ki, gələn il 1-ci Günəş tutulması iyunun 10-da baş verəcək: "Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək. Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali / Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okeanı və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq. //APA