NASA: Beş asteroid planetimizə yaxınlaşır

 22:40 16.12.2020     1151

Həftə ərzində planetimizə beş asteroid yaxınlaşacaq.

Redaktor.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Sözügedən asteroidlərdən ikisi Yerə Aydan daha yaxın məsafədən keçəcək.

Səma cisimlərindən üçü dekabrın 16-da planetimizə yaxınlaşacaq, onların diametrləri 10-24 metr təşkil edir.

Onlardan Yerə ən yaxın keçəni 343 min kilometr məsafədə olacaq.

Digər iki asteroid isə dekabrın 18-də Yerə yaxınlaşacaq.