Sabah günəş tutulacaq

 21:00 09.06.2021     2997

İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma halqavari Günəş tutulmasıdır.

Bu barədə Redaktor.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.