"Yer kürəsi sürətlə istiləşir" - NASA

 16:17 19.06.2021     1875

ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) və Milli Okean və Atmosfer İdarəsi (NOAA) yerin Günəşdə tutduğu enerji miqdarının görünməmiş dərəcədə artdığını bildirib. 

Redaktor.az xəbər verir ki, iki təşkilat tərəfindən hazırlanan ortaq hesabatda Günəşdən gələn enerjinin nə qədərinin istilik şəklində və nə qədərinin yenidən kosmosa buraxıldığını ölçmək arasındakı fərq peyk məlumatlarından istifadə edilərək ortaya çıxıb. 

2005 və 2019-cu illərlə müqayisədə bu il istiliyin həcmi iki dəfə artıb. Bu vəziyyət okeanın, havanın və qurunun sürətlə istiləşməsinə səbəb olub. 

Dünya gözləniləndən daha çox isinir. Hesabatın aparıcı müəllifi, NASA alimi Norman Loeb:

"Artımın böyüklüyü misli görünməmişdir. Yer kürəsi gözləniləndən daha sürətlə istiləşir".//Sherg.az