"Uçan boşqablar bizə təhdiddir" -ABŞ

 12:05 27.06.2021     2104

Uçan Naməlum Obyektlər (UNO) ABŞ-ın milli təhlükəsizliyi üçün problemlər yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ milli kəşfiyyatının hesabatında bildirilib.

Sənəddə deyilir ki, UNO-lar təhlükəsiz uçuşlar sahəsində problemlər yaradır. Əsas narahatlıqlar pilotların getdikcə yüklənən hava məkanında hərəkəti ilə bağlıdır.

Bundan başqa, naməlum hava təzahürlərinin xarici düşmənlərin informasiya toplama platformasını özündə ehtiva etdiyi vurğulanıb.

Sənəddə düşmənin “dağıdıcı və ya inqilabi bir texnologiya” inkişaf etdirdiyini göstərən mümkün dəlillərdən narahatlıqlar da qeyd edilib.

Hesabatda ümumilikdə UNO-ların görüldüyü iddia edilən və izahı olmayan 144 hadisə qeyd edilib. Kəşfiyyat müşahidə olunan bəzi cisimlərin aerodinamik qanunlara zidd olaraq hərəkət etdiyini vurğulayıb.

Pentaqon Milli Kəşfiyyat Direktoru Ofisi ilə birgə analiz aparıb və UNO-ların ehtimal olunan dünyəvi düşmənlərin qabaqcıl texnologiyaları olduğuna dair heç bir dəlil tapmayıb. Bununla belə, bu cür bir variant da istisna edilməyib.

Qeyd edək ki, UNO-lar barədə sözügedən hesabat ABŞ kəşfiyyatı tərəfindən yarım əsrdə ilk dəfə olaraq yayımlanıb. //Sherg.az.