Bizi sabah nə gözləyir? - DƏYİŞƏCƏK...

 09:47 02.07.2021     2518

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Redaktor.az-a bildirilib ki, proqnoz dövründə - iyulun 3-dək Günəş fəallığı aşağı səviyyədə olacaq. Yüklü zərrəciklər - 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı gözlənilir.

10 MeV-dən böyük enerjili proton selinin fon səviyyəsində olacağı proqnozlaşdırılır.

İyulun 2-də Günəş küləyinin şəraiti daha az həyəcanlaşdırıcı olması ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaq. İyulun 3-də CME (29 iyun) hesabına geomaqnit sahənin qeyri-stabil olmaqla dəyişməsi gözlənilir.