Bezosla birlikdə kosmosa 18 yaşlı oğlan da uçacaq

 08:59 16.07.2021     2790

“Amazon”un banisi Ceff Bezosun “New Shepard” kosmik gəmisində kosmosa onunla birlikdə 18 yaşlı Oliver Demen uçacaq.

Redaktor.az xəbər verir ki, bu barədə uçuşu təşkil edən “Blue Origin”in saytında məlumat verilib.

Demen “Blue Origin”ə bağlı “Club for the Future” vasitəsi ilə kosmik tədqiqata 28 milyon dollar ianə edərək xeyriyyə auksionunu qazanan naməlum xeyriyyəçinin yerinə uçacaq. Mesenat qrafikindəki uyğunsuzluqlar səbəbindən uçuşdan imtina edib.

Səfər reallaşarsa, Oliver kosmosa uçmuş ən gənc insan olacaq.

Tələbə olan Oliver “Somerset Capital Partners” holland şirkətinin rəhbəri Coes Demenin oğludur.

Bezos və Oliverlə yanaşı, kosmosa Bezosun qardaşı mark, 82 yaşlı amerikalı pilot Uolli Frank da uçacaq. Səfər iyulun 20-nə planlaşdırılır. //Qafqazinfo.az.