Ceff Bezos kosmosa uçdu

 20:18 20.07.2021     3299

Dünyanın ən zəngin insanlarından biri, “Amazon” korporasiyasının təsisçisi Ceff Bezos kosmosa uçub.

Redaktor.az xəbər verir ki,  “New Shepard” adlı komsik gəmini Bezosun yeni “Blue Origin” şirkəti tikib. Şirkətin məqsədi kosmik turizmi inkişaf etdirməkdir.

Kosmosa Bezosla bərabər onun qardaşı Mark Bezos, 18 yaşlı tələbə Oliver Demen, həmçinin 82 yaşlı Uolli Fank yollanıb. Sonuncu 60-cı ilin əvvəllərində ilk astronavtların hazırlıq proqramı üzrə təlim keçmiş, lakin kosmosa uçmamışdı.

Qeyd edək ki, raket ABŞ-ın ilk astronavtlarından biri olan Alan Şepardın şərəfinə adlandırılıb. Bezos kosmosa digər milyarder – “Virgin Group” korporasiyasının təsisçisi Riçard Brensondan sonra uçub. //Qafqazinfo.az