Qarabağ müharibəsi zamanı YADPLANETLİLƏR niyə gəlibmiş? - VİDEO

 12:19 21.07.2021     494

Yer kürəsində vəziyyət ağırlaşnda, böyük müharibələrin başlanğıcı və kütləvi qırğınlar zamanı onlar sürətlə yerə yaxınlaşır. İntensiv şəkildə Yer kürəsinin müxtəlif ərazilərində gözə çarpırlar. 

Redaktor.az xəbər verir ki, Qarabağ müharibəsi dövründə də Xəzərin üstündə UNO-ların göründüyünü bəzi insanlar qeyd etmişdi. Onlar öz görüntüləri ilə hansı mesajları verirlər? İnsanlara nə demək istəyirlər? İllərdir bu sualların cavabı məlum deyil…

Xarici mətbuat yadplanetlilərin ABŞ prezidentlərindən bəziləri ilə əlaqə qurduğu haqda kanspiroloji məlumatlar dərc edib. Amma günübugünə elmi cəhətdən dünya ictimaiyyətinə heç bir açıqlama verilməyib. 

Əlimizdə olan sonuncu elmi mülahizə isə Tayvanlı ufoloq Skot Uorinqə məxsusdur.

"NASA-nın orbital aparatları ilk dəfə 1967-ci ildə uçan naməlum obyekti (UNO) Ayın ətrafında qeydə alıblar”. 

Bu barədə məşhur Tayvan ufoloqu Skot Uorinq iddia irəli sürüb. 

NASA-nın arxiv fotolarını araşdıran tədqiqatçının diqqətini 1967-ci ildə çəkilən görüntülər çəkib. Araşdırmalardan sonra o, NASA-nın çəkdiyi görüntülərdən birində kameralara UNO əks olunduğunu aşkar edib.

Ufoloq görüntüdəki naməlum boz metal rəngli cisimi diqqətlə araşdırdıqdan sonra iri gəminin üfüqün üstündə aydın şəkildə göründüyünü bildirib. O, gəminin insanlara Ayda həyatın olduğunu bildirmək üçün NASA aparatlarının qarşısında meydana çıxdığına əmindir. 

Uorinqin fikrincə, insanlar məntiqsiz hərəkətləri ilə yadplanetliləri bezdirirlər, buna görə də onlar Yer kürəsi ilə təmasa keçməyə hazır deyillər.

Sözügedən fotoları təqdim edirik.//Bizim.Media