Maqnit fırtınası XƏBƏRDARLIĞI

 04:23 23.09.2021     860

Günəş Dinamikləri Rəsədxanası (SDO), sentyabrın 20-də Günəşin cənub yarımkürəsində Yer üzünə istiqamətlənən bir tac dəliyinin fotoşəkilini çəkib.

Redaktor.az-ın verdiyi xəbərə görə, artıq sentyabrın 23-də külək planetimizə çata və maqnit fırtınaları yarada bilər. 

Mütəxəssislər, maqnit (geomaqnit) fırtınası, Günəş küləyinin planetimizin maqnitosferi ilə qarşılıqlı əlaqəsi zamanı meydana gələn Yerin geomaqnit sahəsinin pozulması adlandırırlar.

Belə fırtına bir neçə saatdan bir neçə sutkaya qədər davam edə bilər. Bu, avadanlıqların işində nasazlıqlara və meteohəssas insanların əhvalının pisləşməsinə səbəb olur.