Kosmosda “qara dəlik” nümayiş olundu Dünyada ilk dəfə

 02:37 11.04.2019     651

ABŞ alimləri ilk dəfə olaraq kosmosda olan “qara dəlik” görüntüsünü yayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə görüntüləri Avropa Cənub Rəsədxanasının amerikalı alimləri ekranlaşdırıblar.

Alimlər "Event Horizon Telescope" qlobal teleskop şəbəkəsi tərəfindən hazırlanan işin nəticəsi ilə bağlı Avropa Komissiyası və Avropa Tədqiqat Şurasının mətbuat konfransında məlumat veriblər.

Qara dəlik nədir?

Qara dəlik kosmosda olan və işığın belə qaça bilmədiyi çox-çox güclü bir qravitasiya sahəsinə sahib olan kosmik cisimdir. Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə təyin edilmiş olan qara dəliklər işıq yaymadığı üçün qara olaraq xarakterizə edilir.

Qara dəliklər nə qədər böyükdürlər?

Qara dəliklər müxtəlif ölçülü ola bilərlər, lakin təməl olaraq 3 növ qara dəlik vardır. Qara dəliklərin kütləsi və böyüklüyü onların növü müəyyənləşdirir. Ən kiçik qara dəliklər ilk qara dəliklərdi.

Alimlər bu cür qara dəliklərin bir atom qədər kiçik olduqlarını, ancaq böyük bir dağ qədər böyük bir kütləyə sahib olduqlarını düşünürlər. Ən məşhur qara dəlik tipi isə ulduz mənşəli olan orta ölçülü qara dəliklərdir.

Bir ulduz mənşəli qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 20 dəfə çox ola bilər və təxmini olaraq 16 km diametrindəki bir topun içərisinə yerləşdirilə bilər.

“Süd Yolu Qalaktikası”nda onlarla ulduz mənşəli qara dəliklərə rast gəlinir. Ən böyük qara dəliklər isə “super kütləli” (supermassive) olaraq adlandırılır.

Bu qara dəliklər bir milyon Günəşin birləşməsindən daha böyük kütləyə sahibdirlər və diametri təxminən günəş sistemi böyüklüyündə olan bir topun içərisinə yerləşdirilə bilər.

Elmi dəlillər böyük qalaktikaların hər birinin mərkəzində bir ədəd super kütləli (supermassiv) qara dəlik olduğunu göstərir. “Süd Yolu Qalaktikası”nın mərkəzində olduğu düşünülən super kütləli qara dəliyin adı isə  “Sagittarius A”dır.

Bu qara dəlik təxminən 4 milyon ədəd Günəşin kütləsinə bərabər bir kütləyə malikdir və təxminən bir günəş böyüklüyündə diametri olan bir topun içərisinə yerləşdirilə bilər.

Qara dəliklər necə meydana gəlirlər?

İlk qara dəliklərin kainatın ilk mərhələlərində, Böyük Partlayışdan (Big Bang) dərhal sonra meydana gəldiyi düşünülür. Ulduz mənşəli qara dəlikləri isə çox böyük kütləli bir ulduzun öz mərkəzinə doğru partlaması (çöküşü) nəticəsində meydana gələrlər.

Bu çöküş, eyni zamanda bir supernovaya ya da kosmosa doğru partlayan ulduz partlamalarına səbəb olur. Süper kütləli qara dəliklər üçün isə alimlər bu qara dəliklərin içərisində olduqları qalaktikalar ilə eyni anda meydana gəldiklərini düşünürlər.

Bu qara dəliklərin böyüklüyü içərisində olduqları qalaktikanın kütləsindən və ölçüsündən asılıdır.

Redaktor.az