Sabahın havası - Yağış yağacaq, şimşək çaxacaq

 13:42 05.05.2019     603

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 mayda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən Redaktor.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. 
 
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti təşkil edəcək.