Sabahın hava proqnozu - əsasən yağmursuz

 12:56 26.05.2019     628

Mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Redaktor.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.