Bakı səmasında gözəl mənzərə: Venera göründü - FOTO

 00:30 12.04.2020     1968

Venera planetinin Bakı səmasında görünməsi barədə sosial şəbəkələrdə paylaşım edilib.

Redaktor.az xəbər verir ki, şəbəkə istifadəçiləri tərəfindən Veneranın aydın və parlaq olmasına diqqət çəkilib və bunun qeyri-adi hal olduğu qeyd edilib.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Famil Mustafa saytımıza açıqlamasında bu gecə Veneranın Bakı səmasında, Aya yaxın aydın görünməsini təsdiqləyib.

Onun sözlərinə görə, bu, adi təbiət hadisəsidir və burada təəccüblü bir şey yoxdur:

“Sadəcə, səmanın təmiz və aydın olması səbəbindən bu təbiət hadisəsi insanların diqqətini bu qədər çəkib”.