Günün ulduz falı - 24 APREL

 00:10 24.04.2020     815

Redaktor.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - bu gün planlaşdırılmamış işlər, qısa səfərlərdən uzaq durun. Uzaqlarda yaşayan qohumlar, yaxınlar və ya dostlarla danışmaq, əlaqə saxlamaq istəyəcəksiniz. Qonşulardan biri ilə də danışa bilərsiniz.

Buğa - din ilə bağlı söhbət düşərsə, qatılın. Səyahətlər, təhsil ilə bağlı müzakirələr də sizi cəlb edəcək. Söhbətin qəflətən dəyişməsinə, qeyri-adi durum və qəribəliklərə hazır olun. Amma unutmayın ki, bir mövzunu araşdıran kimi başqa məsələ üzə çıxa bilər.

Əkizlər - yaxın ətrafla ünsiyyət sizdə xoş əhval-ruhiyyə yaradacaq. Lakin ünsiyyət zamanı sizi pəjmürdə edə biləcək sözlər də eşidə bilərsiniz. Bəzi adamların səmimiyyəti, bəzilərinin isə düşmənçiliyi ilə qarşılaşacaqsınız.

Xərçəng - sinirlənməyin, hər şeyi olduğu kimi qəbul edin. Yaxın qohumlar və tanışlarla yeni işə başlamayın. Amma onlarla söhbət etməyə dəyər. Qısa səfərlərdə təhlükə istisna deyil. Axşam saatlarında mütləq evə tez qayıdın.

Şir - bu gün heç hara tələsməyin. Bütün fikir və qərarlarınızın kökündə sağlam seçim, soyuqqanlı qərar durmalıdır. Gün ərzində görməyi planlaşdırığınız işlərə gəldikdə isə - əvvəlcə fikirləşin, sonra çalışın. Əgər iş və məişətdə praktiki qərarlarla bağlı şübhəniz varsa, dayanın, bir qədər fikirləşin.

Qız - maliyyə məsələləri ilə bağlı işlərdə səhvlər ola bilər. İdeal situasiyalar nadir hal olsa da, maliyyə əməliyyatları aparıb nə isə ala bilərsiniz. Amma mümkün çətinliklərə hazır olun. Tələsik heç nə almayın: keyfiyyət yaxşı olmayacaq. Ailə büdcəsi ilə bağlı evdə mübahisə yarana bilər. Günün sonunadək bədxərclik etməyin.

Tərəzi - bu gün heç bir yeni işə başlamayın. Ailə, dostlar və tanışlarla bağlı yeniliyə cəlb olunsanız, həmişə gördüyünüz işlə məşğul olun. Bu gün tam mənada aktiv fəaliyyətə hazır deyilsiniz. Dünyagörüşünüzü artırın, İnternetdə "dolaşın", yeni ideya və düşüncələrlə tanış olun. Tənhalığa, tək qalmağa ehtiyac duyacaqsınız.

Əqrəb - bu gün ulduzlar sizə sınaqla yanaşı, müdafiə də vəd edir. Məişətdə elementar təhlükəsizlik tədbirlərini unutmayın. Günün sonunda səhhətlə bağlı problemlər aktuallaşacaq.

Oxatan - evdəki durum ağırdırsa, dəyişikliklərə can atın. Bu gün vətənpərvərlik, doğma yerlərə bağlılıq hissləri xüsusilə güclü olacaq. Hisslərinizi bir qədər cilovlayın, tanımadığınız insanlara laqeyd qalmayın.

Oğlaq - yaradıcılıq enerjiniz həddən ziyadə ola bilər. Uşaqlar, məşqlər, yaradıcılıqla bağlı məsələlər vaxtınızı alacaq. Axşam düşənə qədər təhlükəli situasiyaların yaranması, ailə üzvlərinizdən birinin problemlərlə üzləşməsi istisna deyil.

Dolça - bu gün ərzində əsasən maliyyə, pul və əmlakla bağlı məsələlər vaxtınızı alacaq. Bu sahələrdə yeniliklərə başlamayın. İştah və ehtiyaclarınızı adekvat dəyərləndirin. Gün ərzində yanınızda sizi yanlış addımdan saxlaya biləcək dost olmayacaq.

Balıqlar - ev qayğıları ilə bağlı olan hər işdə fantaziyanızı işə salın, ümid edin, yenilikləri sınaqdan çıxarın. İdeyalarınızın hamısı ətrafdakı adamlar tərəfindən dəstəklənməsə də, ailə mühitinə yeni hava qatın. / Milli.az