Günün qoroskopu: Hər şey yaxşı olacaq...

 00:19 10.05.2020     448

Qoç - bu günün hadisələrinə barmaqarası baxmayın. Çox əhəmiyyətsiz xırda bir şeyin uzun-uzadı davamı və böyük nəticələri ola bilər. Keçmiş tanışınızla təsadüfi görüş həyatınızda ciddi dəyişikliklərə səbəb ola bilər.

Buğa - hər şey yaxşı olacaq. Bəzi xırda-para xoşagəlməzliklər ola bilər, amma siz o qədər enerjili və şənsiniz ki, bunlara əhəmiyyət vermirsiniz. Hər bir yeni başladığınız işdə uğurlarınız o qədər böyükdür ki, paxıllarınızın sayı artacaq. Amma siz öz qələbələrinizin bəhrəsini bölüşdükcə bu paxıllıq daha müsbət hisslərlə əvəz olunacaq.

Əkizlər - eyni zamanda bu gün yaxın keçmişin qaranlıq qalan məqamlarına da aydınlıq gətirə biləcəksiniz. Gələcək planlarınızı yenidən götür-qoy edin. Günün ikinci yarısı rahatlığı ilə seçilir. Yaradıcı potensialınız bu dövrdə daha yüksək olacaq. Musiqi, ədəbiyyat, rəssamlıqla məşğul ola bilərsiniz.

Xərçəng - macərapərəstsiniz. Hər şey barədə fikirləşdiyiniz halda, hərəkətlərinizin nəticəsini düşünməyi unudursunuz. Əlbəttə, gününüz maraqlı və şən keçəcək, amma ona yekun vurarkən ehtiyatı əldən verdiyinizin şahidi olacaqsınız.

Şir - zəifliklərinizə boyun əyməyin. Əlbəttə, özünüzü bir qədər nazlandıra bilərsiniz, buna haqqınız var, amma həddi də bilmək lazımdır. İstənilən kənaraçıxmalar sizə zərər vuracaq.

Qız - həm özünüzə, həm başqalarına ünvanladığınız bir çox suallarınıza cavab tapırsınız. Bir şey pisdir ki, cavabların heç də hamısı ürəyinizcə deyil. Bu səbəbdən problemlər barədə yenidən fikirləşirsiniz. Amma onların bircə həll yolu var, o da məhz  sizin xoşunuza gəlməyəndir. Bu arada, nə qədər tez fəaliyyətə başlasanız, əldə edəcəyiniz nəticələr bir o qədər yaxşı olacaq.

Tərəzi - sevinmək şansınız da olacaq. Bunlardan biri yeni tərəfdaşlarınızın peyda olmasıdır: onlar etibarlıdırlar və sizinlə birlikdə istənilən maneəni dəf etməyə hazırdırlar. Onları boş şübhələr və inamsızlıqla sındırıb incitməyin.

Əqrəb - plan qurun, potensial tərəfdaşlarla görüşün, biznes-layihələri müzakirə edin. İşgüzar və inadcıl olsanız, faydalı əlaqələr qazana və nüfuzlu hamilər tapa, karyeranın zirvəsinə doğru pilləkənlərlə yavaş-yavaş yuxarıya dırmana bilərsiniz.

Oxatan - günün birinci yarısında diqqətsizlik, yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər  yarana bilər. Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir. Bir çoxları təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər.

Oğlaq - bu gün xoşagəlməz hadisələr mümkündür. Ətrafınızda qıcıqlandırıcı ajiotaj yaranıb, bu isə diqqətinizi toplamağa imkan vermir. Yaxınlarınız sizə təzyiq göstərməyə çalışır, sizi idarə etmək istəyirlər. Onlara müqavimət göstərmək asan deyil. Köhnə kincikliklər yada düşür, ən adi söhbətin münasibətlərin aydınlaşdırılmasına çevrilməsi ehtimalı güclüdür.

Dolça - maliyyə və əmlak məsələlərinin həllinə bu gün qəti olaraq yaxın durmayın. İtki və dəyərli əşyaların sınması riski var. İstənilən fiziki iş zamanı ehtiyatlı olun.

Balıqlar - düzgün qərarı anında verəcəksiniz. Demək olar ki, bu gün səhv etməyəcəksiniz: intuisiyanız çox güclüdür. Sizə nəyisə məsləhət görür, ipucu verirlərsə, diqqətli olun, bunların sayəsində yaxınlarınızla münasibətləri düzəldə bilərsiniz.