Əhalinin nəzərinə: İyunun 5-i saat 23:26-da... - İkinci dəfə!

 14:34 25.05.2020     1867

Bu ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.

Redaktor.az xəbər verir ki, Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək. Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsi Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib. Üçüncü Ay tutulması bu ilin 5 iyulunda olacaq.