AzTV-nin mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxıb

Mübariz Aslanov Azərbaycan Dövlət Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən çıxıb.
Bu barədə Redaktor.az-a açıqlamasında M. Aslanov bildirib.
M. Aslanov deyib ki, bu gündən işdən çıxıb: “Bu günə qədər çalışdım və fəaliyyətim də göz qarşısındadır. Bu gündən isə AzTV-dən ayrıldım”. //APA