DİQQƏT: 190 manat daha iki ay verilə bilər - TƏKLİF

 11:41 19.06.2020     3847

"Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel və may ayında verilən 190 manat birdəfəlik ödəmə iyun və iyul ayında da verilməlidir:

“Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.